KATV1 şirkəti 2005-ci ildə təsis edilib. Elə həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən  kabel yayımı üçün lisenziya verilmişdir. Hal-hazırda şirkətimiz tərəfindən KATV1 xidmətlərinə qoşulmaq üçün 90 km. optik, 80 km. magistral və 140 km. submagistral xətt çəkilib.

Şəbəkəmizə qoşulan ilk abunəçi ilə ölkəmizdə yeni era başladı. Bu müəllif hüquqlarının qorunub saxlandıldığı leqal kommersiya televiziyası erasıdır. KATV1 şirkəti Azərbaycanın telekommunikasiya bazarında öndə gedən şirkətlərdən biri olaraq, əhaliyə müxtəlif növ xidmətlər təklif edir. Hal-hazırda KATV1 xidmətlərindən Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin sakinləri istifadə edə bilərlər. 

Həmçinin KATV1 öz müştərilərinə fiber-optik şəbəkələr üzərindən İnternet şəbəkəsinə məhdudiyyətsiz 100 Mbit/s sürətli qoşulma xidmətini təqdim edir. Qeyd etmək lazımdır ki, ADSL texnologiyasılə müqayisədə “optika”nın bir sıra üstünlükləri var. Seçilən paketdən asılı olaraq “optika”nın sürəti ADSL-dən 4-5 dəfə yüksək olar bilər. Qeyd etmək lazımdır ki, optika internet” üçün ayrıca fiber-optik xəttlərdən istifadə olunur, ADSL texnologiyasında isə köhnə telefon xəttləri istifadə olunur ki, bu da internetin sürətinə olduqca təsir edir. KATV1-in təklif etdiyi “optika” telefon xəttinin keyfiyyətindən asılı deyil, çünki istifadəçilər keyfiyyətli kabellərdən qurulmuş xüsusi bir infrastruktura qoşulur. Bundan əlavə, əks yükləmə sürəti (upload speed) də bir neçə dəfə yüksəkdir ki, bu da video-ünsiyyət, faylların göndərilməsi və s. bu kimi əməliyyatların reallaşdırılması üçün çox vacibdir. 

Şirkətimiz eləcədə öz müştəriləri üçün retranslyasiya olunan kanalların yayım proqramını və dünyada telekommunikasiya texnologiyalarının inkişafını əks etdirən həftəlik qəzetin təsisçisidir. Yaxın perspektivlərdə şirkət fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, eləcədə öz fəaliyyətində telekommunikasiya texnologiyaları sahəsində dünyada son nailiyyətlərin tətbiqini planlaşdırır.

Əhalinin bütün seqmentləri üçün dünya telekommunikasiya birliyinə girişin təmin edilməsi şirkətimizin əsas nailiyyətidir!