Myvideo.az müxtəlif film və videoları özündə cəmləşdirən Azərbaycanın ən iri video portalıdır. 10-günlük arxivə malik olan (efiri geriyə çəkmə funksiyası) Myvideo.az milli və xarici telekanalların yayımı üçün bir platformadır. Myvideo.az-ın əsas məqsədi milli telekanalların onlyan-yayımını təşkil etməklə bütün dünyada yaşayan soydaşlarımız üçün məhz milli kanallarımızı izləməyə imkan yaratmaqdır.

TMB TV (Turkish Music Box Televizion) — Türkdilli Ölkələrin musiqi çarxlarını yayımlayan Türkiyə musiqi telekanalıdır. Sözügedən kanal şərq musiqisinin ən son hitlərini nümayiş etdirir. Kanal kontentinin 20%-ni musiqi və əyləncə şou-proqramlı təşkil edir. Kanal hər gün 24 saat ərzində fəaliyyət göstərir.

SNTV 2007-ci ildən Sumqayıt şəhərinin ərazisində fəaliyyət göstərən kabel televiziyası xidmətlərini göstərən şirkətdir. SNTV-yə qoşularaq, istər analoq, istərsə də rəqəmsal yayım paketlərinə daxil olan kanalları izləmək olar.. SNTV brendini Azərbaycanda "SN Telecom" şirkəti təqdim edir.

"119" Azərbaycanda 24/7 prinsipi ilə fəaliyyət göstərən yeganə məlumat mərkəzidir. 119 qısa nömrəsinə zəng edərək aşağıdakı təşkilatların nömrə, ünvan və iş qrafikləri haqqında məlumatları əldə etmək mümkündür: Azərbaycan üzrə fəaliyyət göstərən bütün dövlət və özəl şirkətlər; fövqəladə xidmətlər; xəstəxanalar, poliklinikalar və apteklər; ali və orta ixtisas təhsil müəssisələri, uşaq bağçaları, liseylər və s.; butiklər, mağazalar, gözəllik salonları, restoranlar, otellər və digər obyektlər.

Zirə futbol klubu Bakının Zirə qəsəbəsini təmsil edən Azərbaycanın futbol klubudur. Yaranma tarixi: 2014-cü il. 2014/2015 mövsümündə Azərbaycanın Birinci Divizionunda 5-ci yer tutmasına baxmayaraq, AFFA-nın lisenziyalaşma qaydalarına əsasən Azərbaycan Premyer Liqasına vəsiqə qazandı.

“Bakı Sığorta” müştərilərinə ehtimalı risklərdən keyfiyyətli və etibarlı təminat vermək missiyasını daşıyaraq, müddətsiz lisenziyaya malik 25 növ sığorta üzrə xidmətləri təqdim edir. Müştərilərin xüsusi tələblərinə fərdi yanaşması, “BakıSığorta”ASC-nin sığorta şərtlərinin və tariflərinin aktuallığını və çevikliyini göstərir. Şirkət bütün mümkün və sığortalana biləcək risklərə maksimum təminat verir.


TMB RU Rusiya Federasiyası və MDB ölkələrinin ərazisində bütün Şərqin maraqlarını təmsil edən ilk və yeganə telekanaldır. MDB ölkələrində TMB kanalının rəsmi partnyoru "V&V Company"-dir. Telekanal 12 ölkədə 100 milyon tamaşaçı auditoriyası üçün yayımlanır.